“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn maarifləndirici tədbir təşkil edildi

     Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinnin virtual platforma üzərindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirlərinin Bakı şəhəri ümumi təhsil müəssisələrinə göndərilmiş videoya əsasən şagirdlərin iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunmuşdur. 01 iyunda 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən 7b və 7d sinif şagirdləri ilə maarifləndirici tədbir tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən təşkil edilmişdir. İlk öncə Tahir müəllim “Fövqəladə hallar” ın ətraf mühitə və insan səhhətinə vurduğu ziyan, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisələr haqqında geniş məlumat verdi. Sonra nümayiş etdirilən videoçarxda təbii və texnogen mənşəli fövqəladə hallar-zəlzələ, torpaq sürüşməsi, yanğın, dəm qazı və çimərlikdə hansı təhlükəsizlik qaydalarına qarşı necə davranmaq haqqında şagirdlər məlumatlandırıldı. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbir şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi