“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş onlayn sinif saatları keçirildi

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü-1 iyun 1950-ci ildə aylin BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı" nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

     01 iyunda 17 nömrəli tam orta məktəbin sinif müəllimləri Vüsalə Nurməmmədzadə 1ə və Diana Ağaverdiyeva 1ç siniflərində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” mövzusunda virtual platforma üzərindən sinif saatları keçirildi. Bu sinif saatlarında mövzu ilə əlaqədar şagirdlərə geniş məlumat verildi və eyni zamanda uşaqlara dövlət qayğısından da söhbət açıldı. Sonra balaca fidanlara videoçarx nümayiş etdirilmiş və şagirdlərin hazırladıqları şeirlər və çəkdikləri rəsmlər nümayiş etdirilmişdir. Keçirilən sinif saatı sagirdlərin böyük marağına səbəb olmuş və onları maraqlandıran müxtəlif suallar müəllimlər tərəfindən cavablandırılmışdır. Böyük məmnunluq hissi keçirən şagirdlər bu əlamətdar gün haqqında geniş bilik əldə edə bildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi