31 May-Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn seminar dərs təşkil edildi

   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur. Müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da bununla bağlı tədbirlər keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına ratifikasiya edib. Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası dünyada tütünə qarşı mübarizədə ən mühüm hüquqi sənəddir. ÜST-ün himayəsi altında razılaşdırılmış birinci saziş olmaqla, bu sənəd həm də ictimai səhiyyənin inkişafı sahəsində əldə edilmiş əhəmiyyətli nailiyyətdir. 2005-ci ildən etibarən qüvvəyə minməklə, artıq Birləşmiş Millətlər Təşkilatının tarixində ən sürətlə və geniş yayılan və 170-dən artıq üzv dövlətin qoşulduğu sazişlərdən biridir. Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.

    31 mayda 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən “Zərərli vərdişlərə yox deyək” mövzusunda seminar-dərs rus bölməsinin 8b sinif şagirdləri ilə biologiya müəllimi Elvira Babaxanova tərəfindən təşkil edildi. Seminar-dərs zamanı zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə şagirdlərə geniş məlumat verildi. Narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə hazırlanmış prezentasiya, plakatlar və videoçarxlar şagirdlər tərəfindən çox maraqla qarşılandı. Bu zərərli vərdişlər müasir cəmiyyətdə yeniyetmə və gənclər arasında ən çox rastlanan və müzakirə edilən problemlərdən biri hesab edilir. Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzi keçirmək tövsiyə edildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi