“Nizami ili” ilə əlaqədar N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə onlayn ekskursiya təşkil edildi

     Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami ili" elan edilmişdir. Bu sərəncama əsasən məktəbdə silsilə tədbirlər, açıq sinif təşkilatı saatları və muzeylərə onlayn ekskursiyalar şkil edilir. 27 mayda məktəbin 4c sinif müəllimi Şəhla Musayeva tərəfindən virtual platforma üzərindən açıq sinif təşkilat saatı təşkil edildi. İlk öncə sagirdlərə dahi şair, mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verildi və sonra dahi şəxsiyyətin kəlamları, qəzəlləri səsləndirildi. Sonra onlayn olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə canlı bağlantı yaradıldi və muzey əməkdaşı Aygün Abbasquliyeva 2020-ci ildə 80 illik yubileyi qeyd olunan Nizami muzeyində qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri və dünya ədəbiyyatına 5 böyük əsər–“Xəmsə” bağışlamış dahi Nizami Gəncəvinin əsərlərindən nümunələrin təqdim olunduğu xalçalar, zərgərlik və heykəltəraşlıq materialları, eləcə də Nizaminin portreti ilə bağlı şagirdlərə geniş məlumat verdi. Tədbir şagirdlərin böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi