Kiçik Akademiyanın illik hesabat iclası keçirildi

    27 mayda 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən “Kiçik Akademiya”nın illik hesabat iclası keçirildi. İclasda məktəbin direktoru Nazilə Əliyeva, təlim-tərbiyə üzrə direktor müavini Bəturə Sanıyeva, biologiya müəllimləri Elvira Babaxanova və Xəyalə Cəfərova, fizika müəllimi Leyla İbrahimova, VIII və IX sinif şagirdləri iştirak edirdilər. Biologiya müəllimi Elvira Babaxanova öz hesabatında “Kiçik Akademiya”nın tədris ili ərzində gördüyü işlərdən danışdı. Sonra şagirdlər ”Plastik tullantıların zərəri və onun necə əvəz edilməsi”, “Kosmik zibilləri təhlükəsiz olaraq necə təmizləmək olar” və “Su ehtiyatlarının idarəolunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı mövzularına həsr olunmuş prezentasiyalarla çıxış etdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək “Kiçik Akademiya” üzvlərinə gələcək uğurlar arzuladı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi