Valideynlər ilə məktəbdaxili qiymətləndirməyə həsr olunmuş onlayn görüş keçirildi

    26 mayda  məktəb rəhbərliyi tərəfindən ''Teams'' platforması üzərindən onlayn formatda II-XI sinif valideynləri ilə görüş keçirildi. Valideynlərə məktəbin direktoru Nazilə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli qərarı ilə təmin edilmiş "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması təlmatının icrasını təmin etmək üçün məktəbdaxili-summativ qiymətləndirmənin keçirilməsi barədə ətraflı məlumat verdi. Summativ qiymətləndirmə barədə təlimatın məzmununu valideynlərə çatdırdı. Sonra valideynləri maraqlandıran suallar cavablandırılmış və problemlərin həllinə dair göstərişlər verilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi