Yol hərəkəti qaydaları mövzusunda virtual platformada seminar dərs keçirildi

    26 mayda 17 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Günay Məmmədovanın rəhbərliyi və rus bölməsinin 8b sinif şagirdlərinin iştirakı ilə virtual platformada "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda maarifləndirici seminar dərs keçirildi. Dərs zamanı şagirdlərə “Yol hərəkəti qaydaları” və “Xəbərdarlıq nişanları” haqqında məlumatlar verildi və onlara yol hərəkəti qaydalarını bilməyin vacibliyini əks etdirən video-materiallar göstərildi. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, məlumatlar.

    Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Sonra şagirdlərin yol hərəkəti qaydalarına aid hazırladıqları videoçarx və prezentasiyaları nümayiş etdirildi.

   Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tədbir haqqında fikirlərini bölüşdü və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi