“Nağıllar aləminə səyahət” adlı onlayn tədbir keçirildi

 

    24 mayda Xəzər rayon MKS əməkdaşlarının təşəbbüsü və məktəbin sinif müəllimi Vüsalə Nürməmmədzadənin təşkilatçılığı ilə 1ə sinif şagirdləri "Nağıllar aləminə səyahət” adlı virtual platforma üzərindən onlayn tədbirdə iştirak etdilər. Nağıl şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar mövzu və məzmunca dörd növə bölünür: sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar. Lakin bəzən sehrli və heyvanlar haqqındakı nağılları əfsanəvi nağıl altında birləşdirirlər. Tədbirdə Xəzər rayon MKS müdiri Sahilə xanım, əməkdaşları və “Atalar sözü və nagıllar“ kitabının müəllifi Fatimə Yusifovada iştirak edirdi. Fatimə xanım yazdığı nağıllardan, əsasən heyvanlar haqqındakı nağıllarda olan qəhrəmanların ürəyinin saflığından söhbət açdı və balaca fidanların da ürəklərinin saf olmasını vurğuladı. Nağılın sonunda nağıl söyləyən göydən düşən almaları uşaqlara atdı, şagirdlər ürəyin saflığını nümayiş etdirmək üçün kağızdan ürək yaratdılar və maraqlı oyunlarda iştirak etdilər. Çox maraqlı keçən bu görüşdən, balaca fidanlar xoş duyğularla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi