Məktəb məzunlarının UFAZ-Azərbaycan-Fransız Universitetinin əməkdaşı ilə onlayn görüşü keçirildi

   24 mayda məktəbin X-XI sinif şagirdlərinin virtual platforma üzərindən UFAZ-Azərbaycan-Fransız Universitetinin ictimai əlaqələr şöbəsinin mütəxəsissi Leyla Mirzəliyeva ilə görüşü keçirildi. Görüşün əsas məqsədi məzunları bu ali məktəblə, onun elmi–texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən Leyla xanım məktəbimizin məzunlarına UFAZ-Universitetinin uğurları, təhsil sistemi haqqında geniş məlumat verdi. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi