“Nizami ili” ilə əlaqədar onlayn açıq sinif təşkilat saatları təşkil edildi

    Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami ili" elan edilmişdir. Bu sərəncama əsasən məktəbdə silsilə tədbirlər və açıq sinif təşkilatı saatları davam etdirilir. 24 mayda məktəbin 3a sinif müəllimi Ramella Murtuzayeva və 3d sinif müəllimi Səidə Abdullayeva tərəfindən virtual platforma üzərindən açıq sinif təşkilat saatları təşkil edildi. İlk öncə sagirdlər dahi şair, mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdilər və sonra dahi şəxsiyyətin kəlamları, qəzəlləri səsləndirildi. Sinif müəllimləri çıxış edərək şagirdlərə Nizami yaradıcılığının daha dərindən öyrənilməsi və dünyaşöhrətli şairimizin "İskəndərnamə", “Xosrov və Şirin, “Yeddi gözəl”, ”Leyli və Məcnun”, “Sirlər xəzinəsi” əsərlərinin xalqımızın mədəni inkişafında necə mühüm rol oynadığını vurğuladılar və video materialları təqdim etdilər. Tədbir şagirdlərin böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi