Pedaqoji şuranın məktəbdaxili qiymətləndirməyə həsr olunmuş onlayn iclası keçirildi

   Mayın 22-də məktəb rəhbərliyi tərəfindən ''Teams'' platformasında onlayn formatda Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Nazilə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli qərarı ilə təmin edilmiş "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması təlmatının icrasını təmin etmək üçün məktəbdaxili-summativ qiymətləndirmənin keçirilməsi barədə ətraflı məlumat vermişdir. Summativ qiymətləndirmə barədə təlimatın məzmunu pedaqoji heyətə çatdırıldı.

    İclasın gündəliyində duran məsələlərlə bağlı məsul şəxslərin çıxışları dinlənildi. Gündəlikdə duran məsələlər təhlil olunduqdan sonra müəllimləri maraqlandıran suallar cavablandırılmış və problemlərin həllinə dair göstərişlər verilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi