““Gənclər arasında insan alveri və zorakılıq halları” mövzusunda maarifləndirici seminar təşkil edildi

       20 mayda 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən “Gənclər arasında insan alveri və zorakılıq halları” mövzusunda seminar-dərs, rus bölməsinin 8ç sinif şagirdləri ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən təşkil edildi. Məktəbdə gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə təşkil edilən seminarda, Tahir müəllim şagirdlərə insan alverinin, zorakılığın nə olduğunu və onun insan həyatında hansı təhlükələrin yaradacağı hallar və insan alveri qurbanı olmuş şəxslərin normal həyat tərzinə qaytarılmasında psixoloqların rolundan geniş danışaraq, gənclərdə baş verən psixoloji travma, davranış reaksiyaları barədə ətraflı məlumat verdi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi