Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir təşkil edildi

    Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Bu gün münasibətilə Azərbaycan İstiqlal Muzeyinə virtual platforma üzərindən ekskursiya 18 mayda 17 nömrəli tam orta məktəbin 6e sinif rəhbəri Xəyalə Cəfərovanın təşkilatçılığı və sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.

    Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir. Məktəblilər bu virtual ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi