“Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmuş rəsm sərgisi təşkil edildi

    Azərbaycan Respublikasının 16.11.2020-ci il tarixli F-512 nömrəli, BŞTİ-nin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrini həyata keçirmək məqsədi ilə məktəb üzrə hazırlanmış “Azərbaycan Xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planına uyğun olaraq 17 nömrəli tam orta məktəbdə 16 mayda ibtidai sinif şagirdlərinin "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunmuş onlayn rəsm sərgisi təşkil edildi. II Qarabağ Vətən Müharibəsində şanlı Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, balaca fidanların çəkdikləri rəsmlərdə öz fantaziya və təxəyyülünə uyğun olaraq maraqlı kompozisiyalarda sərgilənmişdir. Mütəmadi təşkil olunan bu cür sərgilər şagirdlərin incə zövqünün, yaradıcılıq qabiliyyətinin, bacarıqlarının üzə çıxarılıb inkişaf etdirilməsində böyük rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi