“Qələbə hamı üçün birdir” Beynəlxalq aksiya qalibləri təltif edildi

    Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi nümayəndəliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2020-ci il avqust ayında Beynəlxalq aksiya təşkil edilmişdir. Aksiyada Bakı şəhər ümumtəhsil məktəblərinin (rus bölməsi) şagirdləri II Dünya müharibəsində faşizm üzərində qələbəyə həsr olunmuş “Qələbə hamı üçün birdir” mövzusunda prezentasiya müsabiqəsinin keçirilməsinə start verilmişdir. Beynəlxalq aksiyaya Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 08 mayda yekun vurularaq qaliblər təltif edildi. Bu qaliblər arasında 17 nömrəli tam orta məktəbin 9c sinif şagirdi Məmmədli Mədinə Emin qızı da var idi. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva, Rus dili və ədəbiyyat müəllimi Tacirə Axundova da iştirak edirdi, onlar da diplom və hədiyyələrlə təltif edildilər. Bu münasibətlə qalib şagirdimizi məktəb rəhbərliyi adından təbrik edir və ona uğurlar arzulayıriq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi