31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar divar qəzetləri hazırlandı

   Mart Soyqırımı və ya Mart Hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

   Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

   1918-ci il 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar oalraq 17 nömrəli tam orta məktəbdə siniflər divar qəzetləri və rəsmlər hazırladılar. Divar qəzetlərində şagirdlərə erməni daşnaklarının törətdikləri vəhşiliyi əks etdirən tarixi faktlar və soyqırım qurbanları haqqında ətraflı məlumat verildi. Məktəb foyesində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi