Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirildi

  Milliliyi, milli-mənəvi dəyərləri yaşatmaq, milli xüsusiyyətləri şagirdlərə aşılamaq, milli bayramlarımızı dünyaya tanıtmaq məqsədi ilə 17, 18 və 19 mart tarixlərində məktəbdə “Novruz bayramı” na həsr olunmuş tədbirlər keçirilmişdir. Tədbirlər 1 ”C”, 1 “A” və 1 ”Ə” sinif müəllimləri Samirə Xəlilova, Əminət Ağamalıyeva və Vüsalə Nurməmmədzadənin rəhbərliyi ilə təqdim olunmuşdur. Tədbirdə Novruzun atributlarından olan “Su”, “Od”, “Yel”, “Torpaq” çərşənbələri haqqında məlumat verildi və sonra Kosa və Keçəl məzəli oyunları ilə məclisi şənləndirdilər. Yazın gəlişi ilə əlaqədar qeyd olunan bu bayram kiçikyaşlı məktəblilərdə çox gözəl əhval ruhiyyə yaratmışdır. Məktəblilərin ifasında şeirlər səsləndi, çəkdikləri rəsmlər və hazırladıqları əl işləri alqışlarla qarşılandı. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Hüseynova çıxış edərək, bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi