“II Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan ordusunun qazandığı uğurlar” mövzusunda onlayn dərs keçirildi

    Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının 1.2.1. bəndinə uyğun olaraq martın 18-də məktəbin tarix müəllimi Leyla Qəribovanın təşkilatçılığı ilə Mübariz İbrahimovun adını daşıyan 7 “E” sinfində “II Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan ordusunun qazandığı uğurlar” mövzusunda onlayn dərs keçirildi.

    Leyla Qəribova öncə şagirdlərə müasir ordumuzun formalaşması barədə məlumat verərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Sonda tarixi qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirildi və şagirdlərin hazırladıqları təqdimatlarda torpaqların azad olunma ardıcıllığından, qorxmaz, yenilməz Azərbaycan ordusu və Azərbaycan əsgəri haqqında fikirlər səsləndirildi. Allah Şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi