Bakı şəhəri ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirildi

   Martın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib. Bu görüşdə 17 nömrəli tam orta məktəbin 3 f sinif şagirdi Əhmədli İbrahim Sənan oğluda iştirak edirdi. Görüşdən öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Görüşdə iştirak edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Xalq artisti Nurəddin Mehdixanlı öz çıxışlarında Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu, dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyiblər. Görüşün sonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi