Siniflərə milli qəhrəmanların adları verilir

   Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının 3.2.6. bəndinə uyğun olaraq 11 martda 6e sinfinin sinif rəhbəri Xəyalə Cəfərovanın təşkilatçılığı ilə “Nümunəvi siniflərin şəhid adları ilə adlandırılması” mövzusunda sinif təşkilatı saatı keçirildi. Sinif təşkilat saatı keçirilməmişdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sonra Milli Qəhrəman Polad Həşimovun adını 6e sinfinə vermək məqsədilə təşkil edilmiş sinif saatında şagirdlər qəhrəmanın həyatı və döyüş fəaliyyəti haqda məlumat verdilər, vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər,çəkdikləri rəsmləri və videoçarxları nümayiş etdirdilər. Təşkilat saatında iştirak edən məktəbin tərbiyə işləri üzrə direktor müavini T.Həmzəyevdə 6e sinif şagirdlərini bu ad münasibəti ilə təbrik edərək qeyd etdi ki, siniflərə Milli Qəhrəmanların adlarının verilməsinin məqsədi şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi və qəhrəmanlarımız kimi vətənpərvər, savadlı, nümunəvi vətəndaşlar yetişdirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi