IX siniflərdə məktəbdaxili monitorinq keçirildi

   10 martda 17 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi tərəfindən IX siniflərdə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin buraxılış imtahanına hazırlıq səviyyəsini dəyərləndirmək və bu istiqamətdə görüləcək işlərin yeni hədəflərini müəyyənləşdirməkdir.

   Monitorinq mövcud karantin rejiminin qaydalarına və təlimatlarına uyğun şəkildə həyata keçirilib. IX sinif şagirdləri Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə açıq və qapalı tipli suallar olmaqla test tapşırıqlarını cavablandırıblar. Monitorinqin nəticələri təhlil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi