“Vətənin qəhrəman oğulları” müsabiqəsinə yekun vuruldu

   Martın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Vətənin qəhrəman oğulları”adlı video müsabiqənin yekunlarına həsr olunmuş onlayn görüş keçirildi. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, respublikanın Əməkdar artisti Ağalar Bayramov, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Vətən müharibəsi iştirakçısı olan 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev, şəhid Tahir Əliyevin valideynləri və müsabiqənin qalibləri iştirak ediblər. “Vətənin qəhrəman oğulları” müsabiqəsinin təşkil olunmasının əsas məqsədinin şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdir.

    Keçirilən müsabiqədə məktəbimizin 7A sinif şagirdi Rüfət Əhmədov və 7E sinif şagirdi Aysu Fərzullayeva da fəal işrirak edərək ,,Tərifnamə” ilə təltif olunublar. Məktəb müdiriyyəti bu münasibətlə şagirdləri rəhbərlik adından təbrik edir və onlara uğurlar arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi