“Zərərli vərdişlərə yox deyək” mövzusunda rəsm sərgisi və seminar keçirildi

  Martın 2-də 17 nömrəli tam orta məktəbin dəhlizində “Zərərli vərdişlərə yox deyək” mövzusunda rəsm sərgisi və virtual platformada isə seminar-dərs rus bölməsinin 8,,Ç” sinif şagirdləri ilə biologiya müəllimi Tahir Həmzəyev tərəfindən təşkil edildi. Seminar-dərs zamanı zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə şagirdlərə geniş məlumat verildi. Narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən çox maraqla qarşılandı. Bu zərərli vərdişlər müasir cəmiyyətdə yeniyetmə və gənclər arasında ən çox rastlanan və müzakirə edilən problemlərdən biri hesab edilir. Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzi keçirmək tövsiyə edildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi