Xocalı soyqırımının 29-cu ildönümü nə həsr olunmuş rəsm sərgisi təşkil olundu

  Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə "İllik Fəaliyyət Planı"na əsasən Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilir. Bu məqsədlə 25 fevralda məktəbdə "Xocalı faciəsi uşaqların gözü ilə" rəsm sərgisi təşkil olundu. Sərgidə şagirdlərin çəkdikləri rəsmlərdə uşaq təfəkkürünün məhsulları özünü tablolarda çox böyük ustalıqla əks etdirirdi. Uşaq təfəkkürünün həmin faciənin şahidi olmadan yaratdığı həmin əsərlər Xocalı faciəsinin dəhşətlərini bir daha gözlər önünə sərirdi. Sərgi böyük maraqla qarşılandı və izləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi