“Azərbaycanı bütün dünyaya tanıtdıran sərkərdə”

   Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında”  Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının 1.1.3. bəndinə uyğun olaraq 10 fevralda məktəbin tarix müəllimi Leyla Qəribovanın təşkilatçılığı ilə 10“D” sinfində “Azərbaycanı bütün dünyaya tanıtdıran sərkərdə” adlı virtual platformada onlayn dərs keçirildi.Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə şagirdlərə ətraflı məlumat verildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərəfləndirdi.Tarixi qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi