“Xalqımın xilaskarı-cənab komandanım”

 

  "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci il üçün Fəaliyyət Planının 1.1.2. bəndinə uyğun olaraq"Xalqımın xilaskarı-Cənab Komandanım" adlı videokonfrans keçirilmişdir. Konfrans məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyevin təşkilatçılığı və 8ç sinif şagirdlərinin iştirakı ilə təşkil edilmişdir.Məqsəd Azərbaycanın tarixi qələbəsinin, Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli iradəsinin, müdrik siyasətinin təbliği, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin gücləndirilməsi, onlarda milli fəxarət hissinin formalaşdırılmasıdır. Tədbirdə bildirildi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın işğal altında olan torpaqlarını 44 gün ərzində təcavüzkar erməni işğalçılarından azad etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərəfləndirdi.Tarixi qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi