“İqlim dəyişilmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsində uğurla çıxış edən şagirdlərimiz sertifikatla təltif edildi

  5 fevralda Qlobal Ekoloji Fond tərəfindən maliyyələşən "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi çərçivəsində ETSN, BMT İP və TN Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İqlim dəyişilmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsinin iştirakçıları sertifikatlarla təltif edildi.

  Məktəbdən bu müsabiqədə 12 - 16 yaş kateqoriyası üzrə yeddi şagird -Fərzullayeva Aysu Adil qızı 7 “E” - ”İqlim dəyişmələri analar və uşaqlar”, Rzayeva Fatimə Niyazi qızı 7 “E” - “İqlim dəyişmələri, riskli olan güclü istilər”, Məmmədli Mehriban Afiq qızı 9 “E” - “İqlim dəyişmələri və insan sağlamlığı üçün risklər”, Həbibullazadə Nigar Cəlal qızı 9 “E” - “İqlim dəyişmələri, şəhər və kənd əhalisi”, Abbasov Elmin Elçin oğlu 9 “F” və Aydınlı Firuzə İsmayıl qızı 9 “F” - “Yaşıllıqların insan sağlamlıqlarına təsiri”, İsmayılova Nərmin Elçin qızı 10 “Ç” - “İqlim dəyişmələri və insan sağlamlığı üçün risklər” mövzularında biologiya müəllimi Südabə Əfəndiyevanın rəhbərliyi ilə vloq hazırlayıb iştirak etmişdir. Çox sevindirici haldır ki, 10 “Ç” sinif şagirdi İsmayılova Nərmin Elçin qızının hazırladığı vloq 16 yaş kateqoriyası arasında I yerə layiq görülmüş, şagirdimiz sertifikatla təltif olunmuş və dəyərli hədiyyə ilə mükafatlandırılmışdır. Digər şagirdlərimiz də ayri-ayrı yaş kateqoriyalarında sertifikatlarla təltif edildilər.

  Təltif mərasimində iştirak edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, BDU-nun bioekologiya kafedrasının dosenti, UNESCO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması sahəsində eksperti Firuzə Sultanzadə qalib olan şagirdlərə sertifikatları təqdim edərək onları ürəkdən təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi