20 Yanvar faciəsinə həsr olunmuş onlayn təşkilat saatları keçirildi

    18 yanvarda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş virtual platformada ibtidai siniflərdə onlayn təşkilat saatları təşkil edildi. Sinif müəllimləri Əminət Ağamalıyeva 1 “A”, Samirə Xəlilova 1 “C”, Diana Ağaverdiyeva 1 “Ç”, Aynurə Baxşəliyeva 1 “E, Vüsalə Nurməmmədzadə 1 “Ə, Natalya Kuznetsova 2 “A, Mehriban Hacıyeva 2 “C, Lalə Hacıyeva 2 “Ç, Ramella Murtuzayeva 3 “A, Aytən Mütəllimova 3 “B, İradə Seyfəliyeva 3 “C, Səidə Abdullayeva 3 “D, Cəmilə Rzayeva 3 “E, Elmira Ağayeva 3 “Ə, Pərvin Həsənova 4 “B, Şəhla Musayeva 4 “C” və Nigar Xanəliyeva 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatları keçirmişlər. Sinif saatları Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər səslənmiş, çəkdikləri rəsmlər və sənədli filmlərin nümayişi ilə davam etmişdir. Sonda sinif müəllimləri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barədə ətraflı məlumat vermişlər. Şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi