Respublika fənn olimpiadasının məktəb turu keçirildi

    16 yanvarda 17 nömrəli tam orta məktəbdə məktəbdaxili fənn olimpiadası keçirildi. Olimpiadada Azərbaycan və Rus bölməsinin 8, 9, 10 və 11 –ci sinif şagirdləri iştirak edirdi. Olimpiada Microsoft Teams proqramı vasitəsilə onlayn formada (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənnləri üzrə) keçirildi. Olimpiada tapşırıqları həm qapalı, həm də açıq tipli suallardan ibarət olmaqla bir neçə variantda hazırlanmışdır. Bilik yarışının gedişatını məktəbin direktoru Nazilə Əliyeva və təlim – tərbiyə işləri üzrə direktor müavini Bəturə Sanıyeva izləyirdilər. Təyin edilmiş müəllimlərin nəzarəti altında keçirilən olimpiadanın nəticələri qısa müddətdə yoxlanılacaq, nəticələr müzakirə olunacaq və təhlil ediləcək. Yüksək nəticə toplamış şagirdlər olimpiadanın növbəti turunda iştirak hüququ qazanacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi