20 Yanvar – Qan yaddaşımız adlı onlayn dərs

  “20 Yanvar - Qan yaddaşımız” . O dəhşətli faciədən 31 il keçir. Amma bu illər ərzində həmin gecə şəhid olan, yaralanan insanların heç biri unudulmayıb, unudulmayacaq da! Axı onlar azadlığımız, müstəqilliyimiz uğrunda canlarından, qanlarından keçiblər. Hər il olduğu kimi bu il də məktəbdə faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir. AR Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan 7 “E” sinfində tarix müəllimi Leyla Qəribova virtual platformada onlayn dərs keçdi. Dərs zamanı Leyla müəllim şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verdi və müxtəlif suallar ətrafında müzakirələr aparıldı, şagirdlərin cavabları qənaətbəxş oldu. Milli vətənpərvərlik ruhunda böyüyən bu uşaqlar bir daha sübut etdilər ki , Vətənin dərdinə, faciəsinə biganə deyillər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi