20 Yanvar faciəsinə həsr olunmuş onlayn tədbir keçirildi

    13 yanvarda “20 Yanvar” faciəsinin otuz birinci ildönümü ilə bağlı, 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş onlayn tədbir tarix müəllimi Vüsalə Əliyevanın təşkilatçılığı və 6 “E” sinif şagirdlərinin iştirakı ilə keçirildi. İlk olaraq Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbir zamanı 20 Yanvar” hadisələri barədə geniş məlumat verilmiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu vurğulanmışdır. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələrin qan yaddaşımıza yazıldığını, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu qeyd edilmişdir. Daha sonra şagirdlər mövzu ilə bağlı şeirlər söyləmiş hazırladıqları videoçarxlar, təqdimatlar, rəsmlər nümayiş etdirmişlər.

    Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev və sinif rəhbəri Xəyalə Cəfərovada iştirak edirdi.Bu gün bütün şagirdlərə 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi