“Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda virtual platformada seminar-dərs keçirildi

  05 yanvarda “Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda 8 “Ç” sinif şagirdləri ilə biologiya müəllimi Tahir Həmzəyev tərəfindən virtual platformada seminar-dərs keçirildi. Seminar–dərs zamanı “Qan xəstəliklər”inin (anemiya, hemofiliya, talassemiya, leykemiya və s.) — ana və atadan uşağa xromosom və genlər səviyyəsində irsi olaraq ötürülməsi, ”Qanla yoluxan xəstəliklər”in (hepatitlər B, D, C və QİÇS) təhlükəliliyi haqqında şagirdlərə geniş məlumat verildi. Hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı. Seminar-dərsdə müzakirələr aparıldı, fikir mübadiləsi edildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi