31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş tədbirlər virtual platformada keçirildi

  28 dekabrda 17 nömrəli tam orta məktəbdə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş tədbirlər virtual platformada tarix müəllimləri Leyla Qəribova AR Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan 7 “E” və Samirə Soltanəliyeva 9 “A” sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Tədbirdə şagirdlərə Dünya Azərbaycanlılarının Həmrəylik gününün 1991-ci il dekabrın 31-də Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə əsasının qoyulması barədə məlumatlar verilmiş, sonra isə şagirdlər birlik, həmrəylik və Böyük Vətən müharibəsi mövzusunda şeirlər söyləmiş, videoçarxlar, təqdimatlar hazırlamış və rəsmlər nümayiş etdirmişlər.

  Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi