“Yol hərəkəti qaydaları” mövzusunda virtual platformada tədbir keçirildi

  25 dekabrda 17 nömrəli tam orta məktəbdə sinif müəllimi Nigar Xanəliyevanın rəhbərliyi və 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə virtual platformada "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbir zamanı şagirdlərə “Yol hərəkəti qaydaları” haqqında məlumatlar verildi və onlara yol hərəkəti qaydalarını bilməyin vacibliyini əks etdirən video-materiallar göstərildi. Şagirdlərin ifasında mövzu ilə bağlı şeirlər, mahnılar səsləndirildi. Tədbir müddətində şagirdlərin yol hərəkəti qaydalarına aid hazırladıqları əl işləri nümayiş etdirildi. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tədbir haqqında fikirlərini bölüşdü və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi