“İqlim dəyişilmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsində şagirdlərimiz uğurla çıxış etdi

  Dekabr ayının 15-də Qlobal Ekoloji Fond tərəfindən maliyyələşən "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi çərçivəsində ETSN, BMT İP və TN Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İqlim dəyişilmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

  Məktəbdən bu müsabiqədə 12 - 16 yaş kateqoriyası üzrə yeddi şagird - Fərzullayeva Aysu Adil qızı 7 “E” - ”İqlim dəyişmələri analar və uşaqlar”, Rzayeva Fatimə Niyazi qızı 7 “E” - “İqlim dəyişmələri, riskli olan güclü istilər”, Məmmədli Mehriban Afiq qızı 9 “E” - “İqlim dəyişmələri və insan sağlamlığı üçün risklər”, Həbibullazadə Nigar Cəlal qızı 9 “E” - “İqlim dəyişmələri, şəhər və kənd əhalisi”, Abbasov Elmin Elçin oğlu 9 “F” və Aydınlı Firuzə İsmayıl qızı 9 “F” - “Yaşıllıqların insan sağlamlıqlarına təsiri”, İsmayılova Nərmin Elçin qızı 10 “Ç” - “İqlim dəyişmələri və insan sağlamlığı üçün risklər” mövzularında biologiya müəllimi Südabə Əfəndiyevanın rəhbərliyi ilə vloq hazırlayıb iştirak etmişdir. Çox sevindirici haldır ki, 10 “Ç sinif şagirdi İsmayılova Nərmin Elçin qızının hazırladığı vloq 16 yaş kateqoriyası arasında I yerə layiq görülmüş, şagirdimiz sertifikatla təltif olunmuş və dəyərli hədiyyə ilə mükafatlandırılmışdır. Digər şagirdlərimiz də ayri-ayrı yaş kateqoriyalarında sertifikatlarla təltif edildilər.

  Mükafatlandırma mərasimində çox mötəbər qonaqlar - Təhsil Nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, BMT - nin ekoloji məsələlər üzrə əməkdaşı Charu Bist və s. iştirak edərək qalib olan şagirdləri ürəkdən təbrik etdilər. Bir daha vurğulandı ki, ətraf mühitin sabitliyi, təbii sərvətlərdən səmərəli istifadə, təbiətin tarazlığının qorunması bilavasitə insanların fəaliyyətindən asılıdır. Tədbirdə həmçinin erməni terroruna məruz qalmış Azərbaycan torpaqları, fauna və floraya dəyən ziyandan bəhs edildi.

  Şagirdlərimizi bu qalibiyyət münasibətilə təbrik edir, gələcək müsabiqələrdə uğurlar diləyirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi