Vətən müharibəsinə həsr olunmuş “Vətənin qəhrəman oğulları” mövzusunda onlayn dərslər təşkil edildi

  Dekabrın 8-9-da rus dili müəllimi Sevinc Pur Riza və tarix müəllimi Leyla Qəribova Vətən müharibəsinə həsr olunmuş “Vətənin qəhrəman oğulları” mövzusunda virtual platformada onlayn dərslər təşkil etdilər. Onlayn dərslər “Azərbaycan xalqının tarixi qələbəsinin əks etdirilməsi haqqında” Tədbirlər Planına uyğun olaraq 7 “Ç”və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan 7 “E“ sinif şagirdlərinin iştirakı ilə Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və canından keçən Azərbaycan ordusunun zəfərinə həsr olunmuşdur. İlk olaraq Vətən üçün canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Leyla Qəribova və Sevinc Pur Riza çıxış edərək, şagirdlərə Azərbaycan ordusunun Vətən müharibəsində parlaq qələbəsi haqqında ətraflı məlumat verdilər. Vətən torpağına sevgi, torpaq uğrunda şəhidlik zirvəsinə ucalmağa hazır olan əsgərlərimizin fədakarlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad edildi.

Şagirdlər hazırladıqları videoçarxlar və təqdimatlarında torpaqların azad olunma ardıcıllığından, qorxmaz, yenilməz Azərbaycan ordusu və Azərbaycan əsgəri haqqında fikirlər səsləndirdilər. Allah Şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi