1 dekabr – ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş virtual seminar və rəsm müsabiqəsi keçirildi

    Dekabrın 1-də biologiya müəllimi Tahir Həmzəyevin təşkilatçılığı və 8 “Ç” sinif şagirdlərinin iştirakı ilə 1 dekabr – ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş virtual seminar, rəsm müəllimləri Fidan Əliyeva və Mərcanə Qurbanovanın təşkilatçılığı ilə V-IX sinif şagirdlərinin virtual rəsm müsabiqəsi təşkil edilmişdir.

    Tədbirlərin keçirilməsində əsas məqsəd QİÇS xəstəliyinin qarşısını almaq üçün onunla mübarizəyə dəstək olmaq və şagirdlərin bu sahədə maarifləndirilməsidir.

    Biologiya müəllimi tərəfindən QİÇS xəstəliyi, QİÇS-in dünyada mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yolları haqqında məlumat verilib. QİÇS və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması diqqətə çatdırılıb. Qeyd edilib ki, hər kəs öz sağlamlığının qeydinə qalmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Sonda mövzu ətrafında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi