Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş növbəti onlayn tədbir keçirildi

    Noyabrın 24-də tarix müəllimi Leyla Qəribovanın rəhbərliyi və 7 “E” sinif şagirdlərinin iştirakı ilə “Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib.

    Tədbirdə Azərbaycanın hüdudlarından uzaqda qəhrəmanlıq ənənələrini layiqincə yaşatmış Ə.Cəbrayılovun 100 illik yubileyi qeyd olunmuş və onun cəsarətli döyüş yolu haqqında ətraflı məlumat şagirdlərin diqqətinə çatdırılmışdır.

    Azərbaycan xalqının mərd oğulları kimi Ə.Cəbrayılov da rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.

  Əhmədiyyə Cəbrayılovun igidlikləri bu gün torpaqlarımızı işğal altından azad edən Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

  Tədbirdə şagirdlər faşizmlə mübarizədə Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Fransa müqavimət hərəkatının ən fəal üzvlərindən sayılan Ə.Cəbrayılovun qəhrəmanlığı və bu gün torpaqlarımızı erməni faşistlərindən azad edən şanlı ordumuzun əsgər və zabitləri haqqında öz fikirlərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi