Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş onlayn tədbir keçirildi

    Noyabrın 20-də tarix müəllimi Vüsalə Əliyevanın rəhbərliyi və 9 “E” sinif şagirdlərinin iştirakı ilə “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov” mövzusunda seminar keçirilib.

    Məqsəd xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqda layiqincə yaşatmış Ə.Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması, onun cəsarətli döyüş yolunu bir örnək olaraq şagirdlərin diqqətinə çatdırmaqdır.

    Virtual məktəb platforması üzərindən təşkil olunan tədbirdə Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətlərindən danışılıb. Qeyd olunub ki, əfsanəvi döyüşçü Fransa Müqavimət Hərəkatında fəal iştirak edib və ikinci Dünya müharibəsində faşizm üzərində qələbə digər xalqlarla yanaşı, Azərbaycan xalqının da insan resursları və küllü miqdarda maddi sərvərtləri hesabına başa gəlmişdir. Müharibədə 600 minə yaxın azərbaycanlının iştirakı, onlardan 300 mindən çoxunun həlak olması və ya itkin düşməsi vurğulanıb. Alman faşizminə qarşı mübarizədə Əhmədiyyə Cəbrayılovun göstərdiyi əzmkarlıq Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə böyük töhfəsidir. Şagirdlərin əfsanəvi qəhrəman haqqında söylədikləri fikirlər diqqətə layiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi