Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı

    10 noyabr ölkəmizdə Qələbə günü kimi yaddaşlara həkk olundu. 44 gün ərzində Azərbaycan Ermənistana öz gücünü göstərdi. Bütün bunların fövqündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasi strategiyası dayanır. Bu gün ölkəmiz özünün iqtisadi gücü ilə dünyada söz sahibinə çevrilib. Dövlətimizin başçısının dediyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, belə qələbələri əldə edə bilməzdik. Bəli, bu, tarixi gündür. Bu qələbə Azərbaycan Prezidenti və Azərbaycan Ordusunun qələbəsidir. Bu qələbəyə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Qürur və sevinc hissi ilə qeyd etmək olar ki, bu gün qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

    Bu dəfə qüdrətli Azərbaycan Ermənistana öz şərtlərini qeyd-şərtsiz qəbul etdirdi: Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və biz qələbə qazandıq. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. “Qarabağ Azərbaycandır!” Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi