Əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirildi

  Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin 11 avqust 2020–ci il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən 17 nömrəli tam orta məktəbdə tərtib edilmiş plana uyğun olaraq 08-15 oktyabrda bir sıra tədbirlər (sinif saatları, referatlar və sərgi) təşkil edilmişdir.

  Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və faşizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüşyolu keçib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

  Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel– Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Bir Ömür İki Tale” kitabı və “Xarqo” filmi çəkilmişdir. Məktəbdə sinif saatlarında əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu, həyatı və fəaliyyəti haqqında şagirdlərə geniş məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi