İlk dərs gününüz mübarək

    15 sentyabr 2020-2021-ci il tarixindən tədris ilinə start verildi. Birincilər məktəbə ilk qədəmlərini qoydular. COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə qoyulan bütün tələblərə əməl olundu. Məktəbin girişində şagirdlərin əlləri dezinfeksiyaedici maddələrlə dezinfeksiya edildi, məsafədən temperatur ölçən cihazlarla temperaturları ölçüldü, bundan sonra şagirdlər sinif otaqlarına buraxıldı.

    Tədris "Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı"na əsasən 15 sentyabrdan 2 gün əyani, 4 gün distant olmaqla I-IV siniflər, V-XI siniflər isə distant formada təşkil edildi.

  İbtidai təhsil I-IV siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm", ümumi orta V-IX siniflərdə "Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir", tam orta X-XI siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir!" mövzularına həsr edildi.

    17 nömrəli tam orta məktəbin kollektivi adından "Bilik Günü" münasibətilə bütün şagirdləri, müəllimləri və valideynləri təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi