VI sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda söhbət keçirildi

    27 fevralda məktəbdə Təhsil Nazirliyi və “Ümidli Gələcək Sosial Təşəbbüskar İctimai birliyi”nin layihəsi çərçivəsində “Reproduktiv sağlamlıq ” mövzusunda maarifləndirici söhbət təşkil edilmişdir. Məktəbin VI sinif qızlarına birliyin əməkdaşı Leyla Abbasova “Reproduktiv sağlamlıq” və onun funksiyaları haqqında maarifləndirici məlumat verdi. Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər. Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırmalı, gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər. Tədbir şagirdlər tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi