Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi

    26 fevralda məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq əbədi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbir ədəbiyyat müəllimləri Şəbnəm Babayeva və Pərizad Həmzətovanın rəhbərliyi və 6 “F”, 6 “Ə”, 8 “E” sinif şagirdlərinin iştirakı ilə təşkil edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər və səhnəciklərlə davam etmişdir. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək, Xocalı faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi