Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş xüsusi dərslər keçirildi

    26 fevralda 17 nömrəli tam orta məktəbdə “Xocalı” faciəsinin 28-ci ildönümü ilə bağlı, Xocalı Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Dərslərdə ilk olaraq Xocalı faciəsində canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Müəllimlər dərs zamanı Xocalı hadisələri barədə geniş məlumat vermiş, 1992-cı ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin qan yaddaşımıza yazıldığını, Azərbaycan xalqının erməni faşistləri tərəfindən amansızlıqla necə qətlə yetirildiyini vurğulamışlar.

    Bu gün bütün şagirdlərə Xocalı faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi