Məktəbdə 21 fevral- Beynəlxalq Ana dili Günü keçirildi

    21 fevralda məktəbdə 8 “E” sinif şagirdlərinin iştirakı ilə ədəbiyyat müəllimi Kəmalə Zamanova və kitabxana müdiri Sevil Qurbanova tərəfindən tədbir təşkil edildi. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiya hazırlamış, Ana dilinə həsr olunmuş şeirlər, mahnılar söyləmişlər.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi