Məktəb komandası rayon üzrə “Breyn rinq” intellektual yarışında birinci oldu

    20 fevralda BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəb komandaları arasında “Breyn rinq” intellektual yarışı keçirildi. İntellektual yarış Xətai rayon məktəb komandaları arasında 95 nömrəli tam orta məktəbdə təşkil edilmişdir. Bu yarışın əsas məqsədi psixi durumu qeyri-sabit, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərdə motivasiya və özünəinamın yaradılması, həmin şagirdlərin məktəbin ictimai həyatına aktiv şəkildə cəlb edilməsi idi. UBR Nərmin Cəlilovanın rəhbərliyi ilə məktəbin “Apatiya” komandasının üzvləri: Qasımov Ruslan 8 “Ə”, Bəkirli Nicat 8 “E”, Nazirov Ziyad 9 “A”, Söhbətov Rauf 9 “A”, Zeynalova Telli 9 “D” və Qasımova Hüsniyyə 9 “D” yarışda fəal iştirak edərək, I yerə layiq görülərək şəhər turuna vəsiqə qazanmışlar. Məktəbin müdiriyyəti “Apatiya” komandasının üzvlərini təbrik edərək, onlara şəhər turunda uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi