“Xalçaçılıq Azərbaycanın Milli Sərvəti”dir layihəsi çərçivəsində rəsm sərgisi təşkil edildi

    12 fevralda məktəb foyesində sinif müəllimi Samirə Xəlilovanın təşkilatçılığı və 4 “C sinif şagirdlərinin iştirakı ilə “Xalçaçılıq Azərbaycanın Milli Sərvətidir layihəsi çərçivəsində şagirdlərin çəkdikləri rəsmlər, maketlər, xalçalar, yazdıqları esse və referatlardan ibarət sərgi təşkil olunub. Layihənin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması və digər sənət növünü bu layihədə canlandırmaq idi.

    Şagirdlər öz fantaziya və təxəyyülünə uyğun olaraq maraqlı kompozisiyalar hazırlayıblar. Onlar Azərbaycan Milli Xalçaçılıq Muzeyində ekskursiyada olaraq oradakı müxtəlif növ xalçalarla tanış olublar.

    Mütəmadi təşkil olunan bu cür sərgilər şagirdlərin incə zövqünün, yaradıcılıq qabiliyyətinin, bacarıqlarının üzə çıxarılıb inkişaf etdirilməsi məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi