Müəllimlərlə maarifləndirici təlim keçirildi

28-29 yanvar tarixlərində 17 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin iştirakı ilə müəllimlərlə “Etika”dan maarifləndirici təlim keçirildi. Məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək bu təlim barədə ətraflı məlumat verdi. Sonra təlimə dəvət olunan MMC “Etika Mərkəzi”nin direktoru Günel Səfərova, öz çıxışında etik qaydalar haqqında müəllimlərə geniş məlumat verdi. Müzakirələr aparıldı, fikir mübadiləsi edildi. Müəllimləri maraqlandıran suallara ətraflı cavab verildi.