X VƏ XI sinif komandaları arasında idman yarışı keçirildi

    10-23 yanvar tarixlərində 17 nömrəli tam orta məktəbdə məktəbin fəaliyyət planına uyğun olaraq “Voleybol” idman yarışı X və XI sinif komandaları arasında təşkil edilmişdir. İdman müəllimləri Vasif Əkbərov və Lyubov Komarova tərəfindən təşkil edilmiş bu yarış komandalar tərəfindən çox maraqla qarşılandı. Oyunlar sağlam rəqabət əsasında keçirildi. Finalda 10 “A” sinif komandası I yerə, 11 “B” sinif komandası II yerə və 10 “Ç” sinif komandası isə III yerə layiq görüldü. Məktəbin direktoru Nazilə Əliyeva onlara diplom və medallar təqdim edərək, onları təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi